Azərbaycanın ən yaşlı sakini - 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var

azerbaycanin-en-yasli-sakini
Oxunma sayı: 2573

Ölkənin ən yaşlı sakini olan Vəsmə Abbasova Lənkəranın Gərmətük qəsəbəsinin sakinidir.

Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, tam dəqiqləşdirilmiş məlumata əsasən, ağbirçəyin 104 yaşı var. Ulu nənənin 7 övladı, 27 nəvəsi, 46 nəticəsi, 8 kötükcəsi var.

Ölkənin ən yaşlı sakini ev işləri ilə özünün məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir. Üstəlik dərman da qəbul etməyib. Bu yaşına baxmayaraq indi də səhhətində problem yoxdur. Vəsmə nənə sadəcə gözləri zəiflədiyi üçün tikişlə məşğul ola bilmir.

Vəsmə Abbasovanın ana və bacıları da 90 ildən çox yaşayıblar.

Qadının pasportunda yaşı 106 göstərilsə də, Fiziologiya İnstitutunun tədqiqatları pasport yaşına əsasən aparılmayıb. Tədqiqat heyətinin üzvü olmuş Sevinc Hüseynova qeyd edir ki, yaşın dəqiqləşdirilməsi üçün xüsusi üsullardan istifadə ediblər.

Aparılmış psixo fizioloji testlər də göstərib ki, 104 yaşlı qadının yaddaşında da heç bir problem yoxdur.