Azərbaycanda oğlan uşaqları daha çox piylənir - Statistika

azerbaycanda-oglan-usaqlari-daha-cox-piylenir
Oxunma sayı: 2707

Azərbaycanda piylənmə xəstəliyinə tutulan uşaqların sayı məlum olub.

Qafqazinfo”nun məlumatına görə, "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 586 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib. Bu da əhalinin 100 000 nəfərinə 23 nəfər təşkil edir. Ötən il piylənmə xəstəliyinə tutulan uşaqların 274-ü qız, 312-si oğlan uşaqları olub.

Ümumiyyətlə, 0-13-yaş arası uşaqlardan piylənmə xəstəliyinə tulanların 47,4 faiz qız, 52,6 faizi oğlan olub. 14-17 yaş arası yenitmələrdə isə xəstəliyə tutulanların 45,5 faizi qız, 53,2 faizi oğlan olub.

Xatırladaq ki, ötən il tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 51 nəfərə çatıb.