Azərbaycana bahar gəldi - Yenilənib

azerbaycana-bahar-geldi
Oxunma sayı: 2253

Bahar bu gün Azərbaycana qədəm qoyacaq. 

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 14:28-də baş verəcək, gecə və gündüz bərabərləşəcək. 

Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar yazın gəlişini tarixən müəyyən ortaq bayramlarla qeyd ediblər. Novruz bu bayramlar arasında miqyasına və özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.

Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, Krım türklərinin Nevrez adlandırdıqları bu bayram bir çox ölkələrdə hər ilin mart ayında geniş qeyd olunur.

***

Artıq Azərbaycana bahar gəlib. Saat 14:28-də gecə ilə gündüz bərabərləşib.