“Aşurbəy” məscidi təmirə bağlanır

asurbey-mescidi-temire-baglanir
Oxunma sayı: 1330

“Sabaha kimi bizə vaxt veriblər. Namaza gələnlərə deməliyik ki, iyulun 26-dan etibarən məscid təmirə bağlanacaq”.

"Qafqazinfo" xəbər verir ki, bunu “Azadlıq Radiosu”na İçəri şəhərdəki “Aşurbəy” məscidinin təmsilçisi (“Ləzgi məscidi” də adlanır) Faiq Mustafa bildirib.

Faiq Mustafanın sözlərinə görə, xəbərdarlığı Səbayel Rayon Polis İdarəsi verib:

“Fikrimcə, bu bir bəhanədir. Sadəcə bu adla məscidi bağlamaq istəyirlər. Məscidin daxili yaxşı vəziyyətədir. Bu haqda əlimizdə sənəd də var. Bayır hissədən nəyisə təmir etmək istəyirlərsə, məscidi bağlamadan da etmək olar. Biz harada ibadət edəcəyimizi soruşanda, bizə "bilmirik" cavabı veriblər. Deyirlər ki, bu bizim işimiz deyil, bununla bağlı başqa qurumlara müraciət etməliyik. Hələlik vəziyyət belə qalır”.