“Apple” yeni kompyuterlərini təqdim etdi - Video

apple-yeni-kompyuterlerini-teqdim-etdi
Oxunma sayı: 1489

“Apple” şirkəti maraqla gözlənilən yeni “MacBook Pro” modellərini təqdim edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni modellərdə ən çox diqqət çəkən detal “Touch Bar” adı verilən hissiyatlı OLED ekran olub.

Bundan başqa “Macbook Pro”ya “TouchID” barmaq izini dəstəkləyən təhlükəsizlik sistemi də əlavə olunub. Bu sistem vasitəsilə “Apple Pay” ödəmələrini həyata keçirmək olacaq.

Kompyuterlər 13 və 15 düymlük ekran ölçüləri ilə istifadəçilərə təqdim olunacaq.

 “MacBook Pro”lar texniki göstəricilərindən asılı olaraq 1499, 1799 və 2399 dollara satışa çıxarılacaq.