“Apple” bu ay yeni kompyuterlərini təqdim edəcək

apple-bu-ay-yeni-kompyuterlerini-teqdim-edecek
Oxunma sayı: 797

“Apple” şirkəti yeni Mac kompyuterlərini oktyabrın 27-də təqdim edəcək.

Qafqazinfo” “Buro247”yə istinadən xəbər verir ki, MacBook Pro kompyuterləri bir neçə klavişin yerinə sensor paneli ilə buraxılacaq. Yeni Mac-ın daha nazik və daha mükəmməl qrafik prosessorla çıxacağı gözlənilir. 

Qeyd edək ki, "Apple"ın gəlirləri barədə son hesabata görə, şirkətin satışları 7 milyard düşüb. Ən aşağı göstəricilər Mac kompyuterlərində olub.