Ansi Aqollidən nümunәvi hәrәkət - Video

ansi-aqolliden-numunvi-hrket-
Oxunma sayı: 2905

Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində “Qarabağ” İsveçin “Göteborq” klubu ilə qarşılaşır.

Qafqazinfo” xəbər verir ki, təmsilçimizin 3:0 hesabla irəli olduğu oyunda “Qarabağ”ın oyunçusu Ansi Aqolli diqqət çəkib.

Belə ki, o, zədələnərək meydançanı xərəkdə tərk edən rəqib komandanın futbolçusu Tobias Hysenə yardımçı olub. Meydançadan kənara aparılan zaman yıxılmaq təhlükəsi ilə üzləşən oyunçunun xərəyinin bir tərəfindən də Aqolli tutaraq ona yardım edib.

Azarkeşlər Aqollinin bu hərəkətini alqışlayıblar.