7 yaşlı uşaq mağazaya basqın edən oğrunu döydü - Video

7-yasli-usaq-magazaya-basqin-eden-ogrunu-doydu
Oxunma sayı: 2753

ABŞ-da mağazalardan birində baş vermiş oğurluq zamanı maraqlı hadisə olub.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, iki silahlı şəxs Merilend ştatında “GameStop” adlı videooyunlar mağazasına basqın edib.

Satıcılardan və alıcılardan heç kim naməlum şəxslərə müqavimət göstərməyib. Gözlənilməz cəsarəti 7 yaşlı oğlan göstərib. Belə ki, o, əlindəki yumşaq oyuncaqla bir neçə dəfə oğrunun qarnından vurub. Canilər isə uşaqla mübarizə aparıblar.

Onlar uşağa və mağazadakı insanlara heç bir xəsarət yetirmədən kassadakı bütün pulları götürərək ordan uzaqlaşıblar.

Polis oğruların axtarışına başlayıb.