500 avro daha buraxılmayacaq...

500-avro-daha-buraxilmayacaq
Oxunma sayı: 1553

Avropanın pul vahidi olan avronun 500 avroluq əskinasları dövriyyədən çıxarılır.

Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəz Bankı məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu addım “terroru maliyyələşdirmənin” qarşısını almaq məqsədilə atılır.

O da qeyd edilir ki, hazırda etibarlı olan 500 avro əskinası gələcəkdə buraxılmayacaq. 2018-ci ilin sonuna yaxın isə bu əskinas tamamilə dövriyyədən çıxarılacaq.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi daha əvvəl bildirmişdi ki, 500 avro əskinasları qeyri-qanuni fəaliyyətlərdə istifadə edilir və Avropa Birliyi ölkələrinin maliyyə nazirləri bu barədə lazımi tədbirlər görməlidir.

Aysel Kərimova