5-ci mərtəbədən düşən uşağı həkim göydə tutdu - Foto

5-ci-mertebeden-dusen-usagi-hekim-goyde-tutdu-
Oxunma sayı: 12190

Bu gün günorta saatlarında Sumqayıtda qeyri-adi hadisə baş verib.

Qafqazinfo” manevr.az-a istinadən xəbər verir ki, şəhərin Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb. O, özünü itirmədən uşağı göydə tutmağa müvəffəq olub.

Qadın güclü zərbədən yerə yıxılsa da, nə o, nə də ki, uşaq ciddi zədə almayıb. Həkim vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb.

Bu barədə məlumat verən həkim Nazilə Gültacın sözlərinə görə, 4 yaşlı Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o, özünü normal hiss edir.