44 telefon, 2 noutbuk oğurlayandan sonra tutuldu

44-telefon-2-noutbuk-ogurlayandan-sonra-tutuldu
Oxunma sayı: 923

Bakıda silsilə oğurluqlar törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlkumata görə, noyabrın 29-da Bakı şəhər sakini Rasim Vəliyevə məxsus mağazadan 24 ədəd mobil telefon, 2 ədəd noutbuk və yaddaş kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahin Hacıyev tutulub.

Onun avqustun 31-dən noyabrın 22-dək olan müddətdə daha 3 mağazadan və 6 evdən pul, ərzaq məhsulları, tütün məmulatı, təmir-tikinti alətləri, 20 ədəd mobil telefon və aksessuarlarını oğurlaması da müəyyən edilib.