30 dəqiqəyə xəstəlikləri aşkar edən qurğu

30-deqiqeye-xestelikleri-askar-eden-qurgu
Oxunma sayı: 2141

“Spartan Bioscience” şirkəti dezoksiribinuklein turşusunun (DNT) analizi üçün “Spartan Cube” adlı yığcam aparatını təqdim edib. Sözügedən qurğu 30 dəqiqə ərzində xəstəlik, mikrob və ya infeksiya üzrə tam genetik analiz aparmaq qabiliyyətinə malikdir.

Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki, qurğu 10 sm ölçüsündə kub formasındadır. Analizator bir sıra xəstəlikləri, yoluxucu bakteriyaları və zərərli mikrobları aşkar edə bilir. Cihazı suyun çirklənməsi, məhsulların keyfiyyəti və ya insanlarda xəstəliklərin aşkar edilməsinin analizi üçün istifadə etmək olar.

Analizin nəticəsini “Wi-Fi” texnologiyasının köməkliyi ilə planşet və ya noutbuka yükləmək mümkündür.

Hazırda “Spartan Cube” analizatorunun prototipi düzəldilib. Ancaq iyulun sonunda Filadelfiyada keçiriləcək konfransda istehsalçılar qurğu haqda daha ətraflı məlumat verəcəklər.