3 planet tapıldı - Video

3-planet-tapildi
Oxunma sayı: 1899

Alimlər "TRAPPIST-1" ulduzunun yanında Yer kürəsi ölçüsündə 7 planet aşkar ediblər və onların 3-də həyatın ola biləcəyi ehtimal edilir.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) tərəfindən təşkil olunan və ekzoplanetlərə həsr edilən təcili mətbuat konfransında bildirilib.

Ölçüsünə görə Yupiterə bənzəyən "TRAPPIST-1" ulduzu Yerdən 39 işıq ili məsafəsində yerləşir. Onun ətrafında ümumilikdə 7 planet var.

Qeyd olunur ki, onların hər birində suyun olma ehtimalı var. Bu planetlərdən üçü isə ulduzdan elə məsafədə yerləşir ki, orada həyatın ola biləcəyi mümkündür.

Alimlərin sözlərinə görə, onlar belə bir möcüzə gözləməyiblər.

Planetlərin hamısında temperatur onların səthində maye suyun mövcudluğu üçün uyğundur. Lakin ulduza daha yaxın olan üç planetdə, ehtimal ki, həyatın olması üçün olduqca istidir, ən uzaqda yerləşən planetdə isə temperatur olduqca soyuqdur.

Aşkar olunan bütün planetlər bir-birinə təqribən yaxın məsafədə yerləşir.
"TRAPPIST-1" ulduzu Çilidə yerləşən teleskopun köməkliyi ilə aşkar edilib.