16 il əvvəl ölən alpinistlərin cəsədi tapıldı - Himalayda

16-il-evvel-olen-alpinistlerin-cesedi-tapildi-
Oxunma sayı: 2821

Planetin ən yaxşı alpinisti Aleks Lou və operator Devid Bridjesin cəsədi 16 il sonra Himalayda tapılıb.

Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, cəsədlər Çinin Şişabanqma dağında buzluqda aşkar ediliblər. Ölənlərin şəxsiyyəti bel çantalarının və digər təchizatların əlamətlərinə görə müəyyən edilib.

16 il əvvəl baş vermiş uçqun zamanı sağ qalan alpinist Konrad Anker cəsədlərin Lou və Bridjesə aid olduğunu təsdiqləyib.

Qeyd edək ki, 40 yaşlı amerikalı alpinist Aleks Lou dünyanın ən yaxşı alpinisti hesab edilirdi.

Aysel Kərimova