Zirzəmidə pul gizlətdi, sevgilisi oğurladı - Bakıda film kimi hadisə

zirzemide-pul-gizletdi-sevgilisi-ogurladi
Oxunma sayı: 8106

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.