Zaqatalada partlayış - Polis kapitanı yaralandı

zaqatalada-partlayis
Oxunma sayı: 3261

Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb. "Qafqazinfo" xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün səhər saat 08 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir.

Zaqatalada partlayış baş verən sahə müvəkkilinin iş otağı Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun sağ sahilində, Əliabad qəsəbəsinin girişində, hər həftənin bazar günləri fəaliyyət göstərən bazarda yerləşir.

 Xoşbəxtlikdən partlayış baş verən otağın ətrafında xırda ticarətlə məşğul olan insanlardan xəsarət alan olmayıb.

Sahə müvəkilinin otağına əl qumbarası yerləşdirildiyi barədə şaiyələr yayılıb. Sahə müvəkili qapını açan zaman elə əl qumbarasının partladığı bildirilir.