Zaqatalada 5 otaqlı ev yanıb

zaqatalada-5-otaqli-ev-yanib
Oxunma sayı: 848

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.