Zabratda güclü partlayış - Yaralılar var+Fotolar

zabratda-guclu-partlayis-
Oxunma sayı: 8150

Sabunçu rayonu, Zabrat qəsəbəsində partlayış baş verib.

Hadisə şahidləri “Qafqazinfo”ya bildiriblər ki, partlayış "Ayxan" marketlə üzbəüz olan dönərxanada qeydə alınıb. Hadisənin baş verməsinə dönərxanada olan qaz balonunun partlamasının səbəb olduğu bildirilir. Hadisə yerinə FHN-in xilasediciləri və təcili – tibbi yardım briqadaları cəlb olunub.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. 

Partlayışın baş verdiyi ərazinin daxil olduğu 15-ci polis bölməsinin rəisi İlham Əhmədov “Qafqazinfo”ya bildirib ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onların hərb birinə tibbi yardım göstərilir. Ağır fəsad baş verməyib. Hazırda FHN və polis əməkdaşları partlyış yerində araşdırma aparırlar.

Partlayış yerindən fotoları təqdim edirik: