Yüksək rütbəli məmurun qohumu həbs edildi

yuksek-rutbeli-memurun-qohumu-hebs-edildi
Oxunma sayı: 10883

Bir neçə gün əvvəl məlumat yayıldı ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Əliyev müxtəlif adda 15650 ədəd həb formasında olan dərman preparatlarını 10000 manata satarkən saxlanılıb.

“Qafqazinfo” azadliq.info-ya istinadən xəbər verir ki, onun yaşadığı evə baxış zamanı əlavə olaraq 4500 ədəd eyni tərkibli həb aşkar olunaraq götürülüb. “Afrika şiri”, “Herakl” və onlarla belə həblər Çin təbabəti əsasında hazırlanan potensiya aktivatorudur. Stress, əsəbilik, nevrostraniya hallarını aradan qaldırmağa da kömək edir.
Saxlanılan Bəxtiyar Əliyev dərmanları necə əldə etməsindən danışıb: “Getmişdim Çinə, eşitdim ki, dərman preparatları Azərbaycanda bahadır, orda ucuz. Bir Iran vətəndaşı vardı, tanış olduq. Gördüm dərmanlar 1 manat 50 qəpikdir, aldım. Dedim, keçirə bilərsən? Dedi, hə. Gəldik bura, 4000 dolar verdim Iran vətəndaşına, getdim götürdüm”.

Faktla bağlı Baş İdarənin Istintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
“Azadlıq”a daxil olan məlumatlara görə, Bəxtiyar Əliyev yüksək məmurlardan biri ilə qohumdur. İddia olunur ki, həmin məmur “Azal”ın prezidenti Cahangir Əsgərovdur və Bəxtiyar Əliyev onunla bacanaqdır.