Yeyib-içib dostunu bıçaqlayana hökm oxundu

yeyib-icib-dostunu-bicaqlayana-hokm-oxundu
Oxunma sayı: 1114

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yeyib içdikdən sonra dostunu bıçaqlamaqda təqsirləndirilən Mirqamət Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən söhbətdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Həsənov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilib. Hadisə ötən il avqust ayında Suraxanı rayonunda baş verib. O, kafedə yeyib içdikdən mübahisə zəminində dostu Rəvan Talıbovu bıçaqlayıb.

Murad Əhməd