Yevlaxda yanğın - 6 baş heyvan tələf oldu

yevlaxda-yangin
Oxunma sayı: 637

Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Nemətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan tövlədə baş verib.

Nəticədə tövlənin qamışdan ibarət tavanı 180 kv.m sahədə və tövləyə bitişik yığılmış 15 ton ot bağlamasının 5 tonu yanıb. Yanğın zamanı tövlədə olan 5 baş xırda buynuzlu, 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.