Yevlaxda kişini bıçaqlayan qadın tutulub

yevlaxda-kisini-bicaqlayan-qadin-tutulub
Oxunma sayı: 2018

Yevlax şəhərində kişini bıçaqlayan qadın tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətin “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 29-da Yevlax şəhərində yaşayan Azər Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.

Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla A.Əhmədovla həmyerlisi Lyudmila Novruzlu arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə L.Novruzlu tutulub.