Yevlax-Xaldan yolunda qəzada 2 nəfər öldü - Biri Qarabağ əlilidir + Yenilənib

yevlax-xaldan-yolunda-qezada-2-nefer-oldu
Oxunma sayı: 2294

Yevlax-Xaldan yolunda “KamAZ” markalı yük, “Oka” və “QAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış “Oka” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış vətəndaşın cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Yevlaxda biri Qarabağ müharibəsi əlili olmaqla, 2 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Yevlax-Xaldan yolunda baş verib. Ağdam rayon sakini Şükürov Elgiz Baxşeyiş oğlunun idarə etdiyi “Tavria” markalı 02 BJ 125 dövlət nömrə nişanlı minik avtomobili “KamAZ markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü E. Şükürov və yanında olan sərnişin ölüb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.