Yaxınları gənci döyərək xəstəxanalıq etdi

yaxinlari-genci-doyerek-xestexanaliq-etdi
Oxunma sayı: 1211

Gəncədə döyülmə faktı qeydə alınıb.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata əsasən şəhər sakini, Fikrət Əmirov küçəsi bina 2, mənzil 7 də yaşayan 24 yaşlı Həsən Həsənov yaralı vəziyyətdə xəstəxanaya gətirilib.

Yaralının verdiyi ilkin məlumata əsasən o, yaxınları tərəfindən döyülüb. Bundan əlavə onun qol nahiyyəsinə bıçaqla müxtəlif xəsarətlər yetirilib. Yaralıya ilkin tibbi yardım göstərilib hazırda vəziyyəti kafidir.

Artıq faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.