Yaşayış binasında yanğın - 1 nəfər zəhərləndi

yasayis-binasinda-yangin-
Oxunma sayı: 1750

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun FHN-nin saytına istinadən məlumatına görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik şitində baş verib. Nəticədə 1 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 1 nəfər bina sakini tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım Xidməti tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub.