Yasamaldakı yanğında 1 nəfər zəhərləndi

yasamaldaki-yanginda-1-nefer-zeherlendi
Oxunma sayı: 730

Bakıda evdə yanğın olub.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, şəhərin Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan bir otaqlı mənzilin mətbəxində mətbəx mebeli 7 p.m yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.