Yanğında 1 nəfər öldü

yanginda-1-nefer-oldu
Oxunma sayı: 1058

Gəncədə yanğın baş verib.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 21 m2 olan ərzaq mağazasının yanar konstuksiyaları və ona bitişik ümumi sahəsi 22 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi aşkar olunub.

Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub.