Yanan bina ilə bağlı məhkəmədə - Mübahisə düşdü

yanan-bina-ile-bagli-mehkemede
Oxunma sayı: 2231

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğınla bağlı təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və şahidlərin ifadəsi davam etdirilib.

Zərərçəkən Ağasəlim Cəfərov, şahid qismində baş mühasib Vüsal Tağıyev, Zaur Əliyev, İlqar Vəliyev və Şahin Kərimov ifadə verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Elçin Əbilov şahid qismində ifadə verərək hadisə yerinə gəldikdən sonra binanın içindəki tüstünün çölə çıxması üçün şüşələri sındırdıqlarını deyib: “Partlayış səsi eşitmədim”.

E.Əbilov vəkillərin suallarını cavablandırıb. Bu zaman hakim Əfqan Hacıyev təqsirləndirilən Miryusif Mahmudovun vəkili İhamə Həsənovaya təkrar suallar verdiyini üçün xəbərdarlıq edib. Bu isə digər vəkillərin etirazına səbəb olub və hakimlərlə vəkillər arasında mübahisə düşüb. Ə. Hacıyev vəkillərin şou yaratdığını deyib.

Murad Əhməd