Xırdalanda yanğında 17 nəfər təxliyyə edildi - Zəhərlənənlər var

xirdalanda-yanginda-17-nefer-texliyye-edildi
Oxunma sayı: 1904

Bu gün saat 21 radələrində Bakının Xırdalan qəsəbəsində, Həzi Aslanov 2. ünvanında yanğın hadisəsi baş verib.

"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, yanğının baş verməsinə səbəb binaya Azəriqaz İB tərəfindən təbii yanacağın verilməməsidir. Əhali bir qayda olaraq elektrik cihazlarından istifadə etdiyi üçün xətlər gərginləşib və yanğın yaranıb. 

Sakinlərdən zəhərlənənlər var. 

***

FHN də Xırdalandakı yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında şaxtadan keçən elektrik kabeli 40 p.m yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.