Xəzərdə batan üç nəfər xilas olundu

xezerde-batan-uc-nefer-xilas-olundu
Oxunma sayı: 677

Bu gün Xəzər sularında batan daha üç nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.

Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 18:00-da başa çatıb.

Digər hadisə isə Xəzər rayonu ərazisində baş verib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 18:20-də başa çatıb.