Xəstəxanada heyvanların parçaladığı körpə meyiti tapıldı

xestexanada-heyvanlarin-parcaladigi-korpe-meyiti-tapildi
Oxunma sayı: 4955

Bakıda xəstəxananın həyətində körpə meyiti tapılıb.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində, yaşıllıq və ağaclıq olan ərazidə yeni doğulan (ana bətnindən 7-8 aylıq ikən çıxarılmış) qız uşağının meyiti aşkar olunub.

İlk baxışdan məlum olub ki, körpə vəhşı heyvanların qurbanı olub.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılır.