Xaçmazda ev yandı - Yaralanan var

xacmazda-ev-yandi
Oxunma sayı: 829

Xaçmaz rayonu, Əhmədoba kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbisində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.