Vidadi Zeynalovun vəziyyəti ağırlaşdırılır - Yeni ittiham

vidadi-zeynalovun-veziyyeti-agirlasdirilir-
Oxunma sayı: 6932

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdəki aparat rəhbəri Vidadi Zeynalovun istintaq müddəti artırılıb və ona yeni ittiham elan olunub.

Qafqazinfomusavat.com-a istinadən xəbər verir ki, bu barədə V.Zeynalovun vəkili Ceyhun Yusifov danışıb. O, bildirib ki, müvəkkilinə verilmiş köhnə və yeni ittihamlarla razı deyillər:

“Vidadi Zeynalov ittihamları birmənalı şəkildə rədd edir. Vidadi Zeynalova qarşı irəli sürülmüş ittihamlar tam şəkildə əsassızdır. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham elan olunsa da, ittihamların konkret əsası yoxdur. Vidadi Zeynalov ittihamlar üzrə günahsızdır. Maddi məsul şəxs deyil. Verilmiş ittihamların subyekti Vidadi Zeynalov ola bilməz. Vidadi Zeynalov nazir, nazir müavini olmayıb, bu baxımdan da Vidadi Zeynalov ittihamları qəbul etmir”.

Vəkil iddia edir ki, 1 aydan çoxdur Vidadi Zeynalovun elementar hüquqları da pozulmaqdadır:

“Ona ailəsi ilə görüşə şərait yaradılmır, telefon danışığı hüququ tapdanır, ona yaxınları ilə telefonla danışmağa imkan vermirlər. Təqsirləndirilən şəxslərin saxlanması haqda qanunun tələblərinə zidd olaraq əksər hüquqları tam şəkildə pozulur, əsassız olaraq bir çox məhdudiyyətlər tətbiq olunur. Səhhəti ilə bağlı heç bir tədbir görülmür. Həbsindən ötən aylar ərzində istintaqa Vidadi Zeynalovun günahının olmadığını sübut və dəlillərlə təqdim etmişik. Amma hər dəfə Vidadi Zeynalovun durumu daha da ağırlaşdırılıb, yeni ittihamlar irəli sürülüb”.

Vəkil bir neçə gün əvvəl müvəkkilinə yeni ittihamın irəli sürüldüyünü təsdiqləyib:

“Vidadi Zeynalova qarşı yeni ittiham Cinayət Məcəlləsinin 313-cü – vəzifə saxtakarlığı maddəsi ilə irəli sürülüb. Vidadi Zeynalov həbs edilən gündən bu günə qədər irəli sürülən ittihamlar tam şəkildə əsassızdır. Vidadi Zeynalov deyir ki, fəaliyyətində heç vaxt qanunsuzluqlara yol verməyib. O, verilən tapşırıqların icraçısı olub. Vidadi Zeynalov maddi məsul şəxs olmamaqla yanaşı sərəncam vermək hüququna malik olmayan şəxsdir. Bu məsələlərin Vidadi Zeynalova aidiyyatı yoxdur”.

Xatırladaq ki, Vidadi Zeynalov 2015-ci ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham olunaraq barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonardan sabiq aparat rəhbərinin həbs müddəti 4 ay olmaqla 2 dəfə də artırılıb. Maraqlıdır ki, ötən ilin oktyabrında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində