Vətəndaşların pulunu zorla əlindən alana - Hökm oxundu

vetendaslarin-pulunu-zorla-elinden-alana-
Oxunma sayı: 1540

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Mübariz Əsədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Əsədov vətəndaşlara hədə-qorxu gələrək pulların və əşyalarını zorla almaqda günahlandırılır. O, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd