“VAZ” elektrik dirəyə çırpıldı - Sürücü öldü

vaz-elektrik-direye-cirpildi
Oxunma sayı: 1284

İsmayıllı-Bakı yolunun 4-cü kilometrliyində, İsmayıllı rayonu ərazisində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlunun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.