Uşaqları aldadıb sırğalarını oğurladılar - Narkotik aldılar

usaqlari-aldadib-sirgalarini-ogurladilar
Oxunma sayı: 1635

Gəncə şəhər Kəpəz rayonu ərazisində soyğunçuluq faktı qeydə alınıb.

Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, Gəncə sakinləri İlkin Orucov və Seymur Quluzadə şəhərin müxtəlif ərazilərində, həyətdə oynayan qız uşaqlarını aldadaraq, üzərlərində olan zinət əşyalarını, sırğalarını oğurlayıblar.

Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində soyğunçuluq faktının üstü isti izlərlə açılıb, 2 dost saxlanılıb.

Narkotik vasitə istifadəçisi olan dostlar elə oğurluğu da bu səbəbdən törətdiklərini bildiriblər.

Hazırda polis onların digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.