Ukraynada Rusiya xüsusi xidmət agentləri saxlanılıb

ukraynada-rusiya-xususi-xidmet-agentleri-saxlanilib
Oxunma sayı: 1130

Ukraynada Rusiya xüsusi xidmət orqanlarının 9 agenti saxlanılıb.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Tkaçuk bildirib.

Onun sözlərinə görə, şəbəkənin zərərləşdirilməsi əməliyyatında nazirlik əməkdaşları və xüsusi təyinatlı “Alfa” döyüşçüləri iştirak ediblər. Tkaçuk saxlanılan rus agentlərinin Ukraynanın cənub-şərqində fəaliyyət göstərdiklərini deyib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri qeyd edib ki, saxlanılanlar Ukraynanın cənubunda təxribat və terror aktı hazırlığı görüblər. 

Aysel Kərimova