Ucarda sexdə yanğın olub

ucarda-sexde-yangin-olub
Oxunma sayı: 637

Ucar rayonunda sexdə yanğın baş verib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyi">Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, rayonun Qarabörk kəndində vətəndaşa məxsus ümumi sahəsi 405 kv.m olan sexin tavanına vurulmuş penoplast üzlük 150 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.