Ucarda ruhi xəstə özünü asdı

ucarda-ruhi-xeste-ozunu-asdi
Oxunma sayı: 905

Ucar rayon sakininin intihar etdiyi bildirilir.

Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Oğuz küçəsində baş verib.

Rayon sakini, 1974-cü il təvəllüdlü Şıxəli Musa oğlu Hacıyevin həyətindəki ağacdan asılmış meyiti yaxınları tərəfindən aşkarlanıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

İlkin məlumata görə, Ş. Hacıyev ruhi xəstə olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.