Üç uşaq anası özünü asdı

uc-usaq-anasi-ozunu-asdi
Oxunma sayı: 1864

Qobustan rayonunda gənc ana intihar edib.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, Ərəbşalbaş kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb.

Üç uşaq anası olan İntizar Məmmədovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.