Üç tələbə dəm qazından zəhərləndi - Gəncədə

uc-telebe-dem-qazindan-zeherlendi-
Oxunma sayı: 1472

Gəncədə dəm qazından zəhərlənmə olub.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

Həmin prospektdə kirayədə yaşayan, Gəncə Dövlət Universitetinin üç tələbəsi - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Yasin Rasim oğlu Səfərəliyev, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Cavidan Ramazan oğlu İsaqlı və həmyerlisi və həmyaşıdı Elməddin Bədrəddin oğlu Kamallı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, tələbələr yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər.