Üç ev fahişəxana imiş - Bakıda

uc-ev-fahisexana-imis-
Oxunma sayı: 8243

Bakıda yaşadıqları evdə əxlaqsızlıq yuvası təşkil edən şəxslər aşkarlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində Ucar rayon sakini Məlahət Abdullayevanın kirayədə yaşadığı mənzildə, həmçinin, Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

Murad Əhməd