Türkiyədə almaniyalı jurnalist həbs olundu

turkiyede-almaniyali-jurnalist-hebs-olundu
Oxunma sayı: 976

Türkiyə polisi Almaniyanın “Welt” qəzetinin jurnalisti Dəniz Yüceli terror qruplaşmasına üzv olma və terrorun təbliğini aparma ittihamları ilə həbs edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, saxlanılan Dəniz Yücelin alman və türk vətəndaşlığı var.

O, Energetika və təbii ehtiyatlar naziri Berat Albayrakın poçt hesabının qırıldığı barədə xəbər yazmışdı. Bir müddət sonra isə Nazirin yazışmaları WikiLeaks saytında dərc edilmişdi.

Almaniya XİN-i jurnalistin cümə axşamı saxlanıldığını açıqlayıb.