Transformator yandı

transformator-yandi
Oxunma sayı: 695

Tovuzda transformator yanıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumatına görə, Tovuz rayonun Qovlar şəhərində “Azərişıq” ASC-yə məxsus transformatorun yağı və sarğıları yanıb.

Yaxınlıqdakı digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 21:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.