Kürdəmir rayonunda qəza baş verib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Sor Sor kəndində vətəndaşa məxsus “K-700” markalı traktor idarəetməni itirərək yol kənarına aşıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü xilas edib və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 21:31-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər