Toydan qayıdan ailəyə “sürpriz” - Video

toydan-qayidan-aileye-surpriz
Oxunma sayı: 5458

Cəlilabadın Seyidbazar kəndində oğurluq faktı qeydə alınıb.

Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında, ev sahibi Namiq İsmayılov evdə olmadığı zaman baş verib. Zərərçəkənin sözlərinə görə, o, ailəsi ilə birlikdə qohumlardan birinin toy mərasimində iştirak edib. Toy bitdikdən sonra evinə qayıdan ev sahibi mənzilin qarət olunduğunu görüb.

Zərərçəkən Namiq İsmayılov gecə birin yarısında evə gəldiyini deyib: Gördüm ki, şüşəni sındırıb evə giriblər. 5 min 500 manat pul və bir də həyat yoldaşımın qızıllarını aparıblar.”

Ev sahibi qeyd edib ki, oğrular darvaza bağlı olduğundan, həyətə hasarı aşaraq daxil olublar. Sonra pəncərənin şüşələrini sındıraraq mənzildə axtarışa başlayıblar.

Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.