Tovuzda yanan məktəbin - Videosu

tovuzda-yanan-mektebin
Oxunma sayı: 1768

Dünən Tovuz rayonunda məktəb binasının yanması zamanı çəkilən video yayımlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanğın Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında baş verib. Saat 16:30-dan başlayaraq yanğın zamanı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfində təxliyyə olunub.

FHN-in yaydığı məlumata görə, ümumi sahəsi 400 kv.m olan birmərtəbəli orta məktəbin dam örtüyünün yanar konstruksiyaları 400 kv.m və sinif otaqları 250 kv.m. sahədə yanıb. Yanğın saat 18:35-də söndürülüb.

Murad Əhməd