Tovuzda məktəb yandı - 100-ə yaxın şagird təxliyyə olundu

tovuzda-mekteb-yandi
Oxunma sayı: 2542

Tovuzda məktəb binası yanır.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını söndürmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

***

Məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarətdir. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından məktəb binası iki növbəli fəaliyyət göstərir. Hadisə vaxtı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfində təxliyyə olunub.

***

FHN-in yaydığı məlumata görə, Tovuz rayonu, Alakol kəndində Nürəddin Sadıqov adına ümumi sahəsi 400 kv.m olan birmərtəbəli orta məktəbin dam örtüyünün yanar konstruksiyaları 400 kv.m və sinif otaqları 250 kv.m. sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.