Tovuzda iki nəfəri avtomobil vurdu

tovuzda-iki-neferi-avtomobil-vurdu
Oxunma sayı: 823

Tovuzda qadını və az yaşlı oğlanı maşın vurub.

"ARB Kəpəz"dən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Cilodarlı kənd sakini 54 yaşlı Bəsti Bağırova müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon mərkəzi xəstəxanasına gətirilib.

Dərhal yaralıya ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirir.

Digər bir hadisə isə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini 9 yaşlı Amil Babayev toy karvanında bəylə gəlinin getdiyi avtomobilin qarşısına çıxaraq hədiyyə almaq istəyib. Lakin avtomobil dayanmayıb və uşağı sürtülərək keçib.

Valideynləri 9 yaşlı Amilin xəsarət aldığını düşünərək dərhal Tovuz rayon mərkəzi xəstəxanasına aparıblar. Müayinə zamanı uşaqda ciddi bir xəsarətin olmadığı məlum olub.

Hər iki faktla bağlı araşdırma aparılır.