Tovuzda iki nəfər bıçaqlandı

tovuzda-iki-nefer-bicaqlandi
Oxunma sayı: 847

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kəndində həmkəndlilər 44 yaşlı Habil Həsənov və 28 yaşlı Elşən Abbasov bıçaq yarası alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Yaralılara dərhal tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənlərin sinə nahiyələrindən bıçaq yaraları aldıqları bildirilir.

Kənd sakinlərinin hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.